Zəlzələ zamanı Türkiyəyə dəyən ziyan 105 milyard dolları ötdü
    • 17-03-2023, 17:40
    • 145

Zəlzələ zamanı Türkiyəyə dəyən ziyan 105 milyard dolları ötdü

Türkiyədə fevral ayında baş verən dağıdıcı zəlzələlərin zərəri 105 milyard dolları ötüb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə və Xəzinədarlıq Nazirliyi məlumat yayıb. 

"Zəlzələlərin zərəri 2 trilyon lirə (təxminən 105 milyard dollar) təşkil edir. Bu rəqəm 2023-cü il üçün gözlənilən milli gəlirin 9 faizinə bərabərdir" - deyə nazirliyin açıqlamasında qeyd edilib. 

Bildirilib ki, “əsrin fəlakəti” adlandırılan hadisədəki insan itkiləri 1999-cu ildə Mərmərə dənizində baş vermiş güclü zəlzələ zamanı həlak olanlardan 6 dəfə çoxdur. Həmin vaxt 17 insan vəfat edib. /TRT Haber/

Teymur MƏMMƏDOV