-
- 17-05-2024, 14:33
- 369
FİFA: İsrail komandalarına qadağa qoyula bilər
Futbol dünyası İsrailin Fələstinə qarşı soyqırım aktını cəzalandırmaq üçün hərəkətə keçib.
News24.az xəbər verir ki, FİFA Rusiyanın Ukraynaya hücumlarından dərhal sonra reaksiya verib. İsrailin Fələstinə hücumlarından sonra uzun müddət susub.
Asiya Futbol Federasiyaları Assosiasiyasının təzyiqləri nəticəsində bu gün FİFA-nın konqresində İsrail komandalarının beynəlxalq təşkilatlara girişini qadağan edən səsvermənin keçirilməsinə qərar verildiyi iddia edilib.
Taylandın paytaxtı Banqkokda keçiriləcək toplantıda Türkiyəni təmsil edən TFF prezidenti Mehmet Büyükekşinin səsvermədə İsrail əleyhinə təklifi dəstəkləyəcəyi də qeyd edilib.
91 FUTBOLÇU VƏ HAKİM ÖLDÜ
Fələstin Futbol Federasiyası digər üzv ölkələrə İsrailin niyə qadağan edilməli olduğunu izah edən 12 səhifəlik hesabat təqdim edib.
Prezident Cibril Racub Fələstinə edilən hücumların soyqırım olduğunu və 7 aydır davam edən hücumlar nəticəsində indiyədək 91 Fələstinli futbolçu, hakim, məşqçi, idarəçinin həyatını itirdiyini bildirib.
Günel Məlikzadə