Akşənər mövqeyini dəyişdi: “Kılıçdaroğlunun bu addımı...”
    • 19-03-2023, 15:49
    • 329

Akşənər mövqeyini dəyişdi: “Kılıçdaroğlunun bu addımı...”

Türkiyənin müxalif İYİ partiyasının sədri Maral Akşənər Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun PKK terror təşkilatının siyasi qanadı HDP ilə görüşünə münasibət bildirib.

İndiyədək HDP-yə qarşı sərt mövqeyi ilə tanınan Akşənər bu dəfə bunda bir “qəbahət” görmədiyini söyləyib.

“Hörmətli Kılıçdaroğlu təkcə HDP deyil, bütün siyasi partiyalara baş çəkir. Bu yaxınlarda hörmətli Hüseyn Başla (Müstəqil Türkiyə partiyasının sədri), digər siyasi partiyalarla görüşüb. Əlbəttə, prezidentliyə namizəd kimi belə müzakirələrin heç bir zərəri yoxdur”, - partiya lideri deyib. /Teleqraf.com/