İranda zəlzələdə 82 nəfər YARALANDI
    • 24-03-2023, 12:39
    • 126

İranda zəlzələdə 82 nəfər YARALANDI

İranın şimal-qərbindəki Xoy şəhərində baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qubernatorluğunun Böhran İdarəetmə Baş direktoru Əmir Abbas Caferi məlumat verib.

Məlumata görə, Xoy və Salmas şəhərlərində bir neçə bina dağılıb. 

Xatırladaq ki, bu gün İran-Türkiyə sərhədində episentri Xoy şəhəri olan 5,6 bal gücündə və 7 kilometr dərinlikdə zəlzələ baş verib.

Qumral Əliyeva