"Twitter"in kodları sızdırıldı
    • 27-03-2023, 13:04
    • 112

"Twitter"in kodları sızdırıldı

"Twitter"in onlayn işləməsini təmin edən bəzi kodların internetə sızdığı ortaya çıxıb.

News24.az xəbər verir ki, bu barədə məlumat şirkətin Kaliforniya əyalətindəki yerli məhkəməyə təqdim etdiyi sənədlərdə öz əksini tapıb.

Məhkəməyə təqdim edilən sənədlərə görə, Elon Maska məxsus "Twitter" kodunu sızdıran şəxsin kimliyinin açıqlanması tələb edilib.

Məhkəməyə təqdim edilən dosyedə kodu sızdıran şəxsin ləqəbinin “İfadə azadlığını sevən” mənasını verən “FreeSpeechEnthusiast” olduğu bildirilib.// milliyyet.com

Aynurə