Tək nəfərlik uçan "Hexa" - FOTO
    • 18-05-2024, 14:12
    • 283

Tək nəfərlik uçan "Hexa" - FOTO

“SusHi Tech Tokyo 2024” tədbiri çərçivəsində paytaxtdakı “Big Sight” sərgi mərkəzinin qarajında “Hexa” uçan aparatının ilk uçuş nümayişi keçirilib.

News24.az xəbər verir ki, Tokio Metropolitan Qubernatorluğunun ev sahibliyi etdiyi və təxminən 500 nəfərin qatıldığı təqdimat şousunda Hexa adlı uçan vasitə 10 metr havaya qalxıb.

İlk uğurlu uçuşu maraqla izləyən tamaşaçılar uçan vasitənin ətrafında foto və videolar çəkdiriblər.

Təqdimat mərasimində iştirak edən Tokio qubernatoru Koike Yuriko jurnalistlərə “Mən daha çox insanın bu qabaqcıl texnologiya ilə tanış olmasını istəyirəm və uçan vasitələrin normal bir nəqliyyat vasitəsinə çevrilməsini səbirsizliklə gözləyirəm” deyib.

Bildirilib ki, Hexa avtomobilini tanıtmaq üçün nümayişlər həftənin müəyyən edilmiş iki günü qısamüddətli və pulsuz olacaq.

Günel Məlikzadə