Avtobus faciəsi: Ölənlər var
    • 18-05-2024, 14:02
    • 209

Avtobus faciəsi: Ölənlər var

Hindustan Times-ın məlumatına görə, Haryana ştatının Nuh rayonu yaxınlığında içərisində təxminən 60 sərnişinin olduğu avtobus yanıb.

News24.az xəbər verir ki, naməlum səbəbdən baş verən yanğında ilkin məlumata görə 9 nəfər həyatını itirib, çoxlu sayda insan xəsarət alıb.

Polis yanğının nəzarət altına alındığını, yaralıların xəstəxanaya aparıldığını açıqlayıb.

Günel Məlikzadə