Tutuquşu 2 nəfəri ömürlük həbs etdirdi
    • 27-03-2023, 13:32
    • 130

Tutuquşu 2 nəfəri ömürlük həbs etdirdi

Hindistanda danışan tutuquşu qatilin izinə düşməyə kömək edib.

News24.az xəbər verir ki,Ş. vinayət 2014-cü ildə Aqra şəhərində baş verib.

Yerli sakin Vijay uşaqları ilə birlikdə toy üçün yaxınlıqdakı şəhərə gedib. Onun həyat yoldaşı isə arvadı evdə qalıb.

Vijay evə geri dönəndə həyat yoldaşının və itini öldürüldüyünü, evdən isə qiymətli əşyaların oğurlandığını görüb. 

Hadisənin yeganə şahidi isə danışan tutuquşu olub.

Xanımın ölümündən sarsılan bir müddət sonra quşun ona qatili tapmağa kömək edəcəyini düşünüb.

O, polisə bütün şübhəlilərin adlarını sadalayıb və qardaşı oğlu haqqında danışan zaman tutuquşu qışqırmağa və qəfəsin ətrafında qaçmağa başlayıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları “quşun şahidliyi”ni qeydə alıblar.

Vicayın qardaşı oğlu daha sonra cinayəti etiraf edib. 

Qeyd edək ki, oğlan tez-tez ailəni ziyarət etməyə gəlib və qiymətli əşyaların harada gizlədildiyini bilib.

Cinayəti törədən şəxs şərikinin olduğunu deyib. Nəticədə məhkəmə hər iki qatili ömürlük həbsə məhkum edib. /İndia Today/

Teymur MƏMMƏDOV