Saray qəsəbəsində qəza - Ölən var
    • 27-03-2023, 20:23
    • 272

Saray qəsəbəsində qəza - Ölən var

Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.