Marketdən bazarlıq edib evə qayıdan ailə dəhşət yaşadı – ÖLƏN VAR
    • 28-03-2023, 12:54
    • 472

Marketdən bazarlıq edib evə qayıdan ailə dəhşət yaşadı – ÖLƏN VAR

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası törətmiş 1994-cü il təvəllüdlü Əkbərоv Əruz Аzər оğlunun məhkəməsi keçirilib.

News24.az xəbər verir ki, sürücülük vəsiqəsi olmadan atasına məxsus “Mercedes” markalı avtomobili sürətlə idarə edən və şəhərin Üzeyir Hacıbəyli prospektində "VAZ 2115" və "Hyundai" markalı minik avtomobillərini vuran Ə.Əkbərov Cinayət Məcəlləinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, Əruz həmin gün atasına məxsus avtomobili təmir sexinə aparıb. O, “Mercedes” markalı minik avtomobilini təmir etdirdikdən sonra nəqliyyat vasitəsini sürərək yoxlamaq qərarına gəlib və avtomobili Gəncə şəhəri ərazisində sürətlə idarə ettməyə başlayıb. Bu zaman o dönmə əməliyyatı edən “Vaz” markalı avtomobillə qarşılaşıb. Lakin əyləci basa bilməyib və sürətlə həmin avtomobilə çırpılıb.

Nəticədə avtomobili idarə edən 1973-cü il təvəllüdlü Mirzəyev Ceyhun Arif oğlu və bacısı Hüseynova Zəminə Arif qızı xəsarət alıblar. Sürücünün öndə oturan bacısı, 1980-ci il təvəllüdlü İsayeva Hicran Nurəddin qızı isə dünyasını dəyişib.

O da məlum olub ki, ailə üzvləri həmin gün Bərdədən Gəncəyə qayıdıblar və “Sultan” marketdən bazarlıq edib evə gedirmişlər.

Məhkəmədə zərərçəkən şəxslər, həmçinin mərhum Hicran İsayevanın ailəsi qəzanı törədən Əruz Əkbərovdan şikayətçi olmadıqlarını bildiriblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu ilin mart ayında başa çatıb. 1994-cü il təvəllüdlü Ə.Əkbərov 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Taleh BAĞIROV