-
- 7-05-2022, 13:04
- 337
Azərbaycanda əsgərlikdəki oğlunu görməyə gedən ata öldü – TƏFƏRRÜT
2020-ci ilin 10 dekabrında Bakı-Qazax- Gürcüstan sərhədi magistral yolunun Ağstafa rayonunun Qırılı kəndindən keçən hissəsində ağır qəza törətmiş sürücüyə hökm oxunub.
News24.az-ın məlumatına görə, sürücülük vəsiqəsi və etibarnamə olmadan qohumuna məxsus “Ford Transit” markalı yük avtomobili ilə “Mercedes E-Class”la toqquşaraq qəza törədən 1995-ci il təvəllüdlü Şahmar Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
Belə ki, hadisə vaxtı Qazaxdan Bakıya gələn “Mercedes”dəki sərnişin Əli Musayev həlak olub, daha 2 nəfər isə xəsarət alıb.
Məlum olub ki, hadisəni törədən Şahmarın sürücülük vəsiqəsi yoxdur və o, qohumuna məxsus avtomobillə kəndlərə pal-paltar apararaq satmaqla məşğuldur. Qəzada ölən Əli Musayev isə hadisənin baş verdiyi gün Qazaxdakı hərbi hissədə qulluq edən oğlunu görməyə gedibmiş. Lakin o, həmin gün oğlu ilə görüşə bilməyib və həyat yoldaşına zəng edərək əsgərlikdəki oğlunu görə bilmədiyini və taksi ilə Bakıya qayıtdığını deyib. Bir qədər sonra isə avtomobillər toqquşub və Əli Musayev vəfat edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi Dağkəsəmən kənd sakini olan 27 yaşlı şəxsin qeyd edilən maddə ilə təqsirli bilinməsinə və 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum edilməsinə, lakin cəzasını məntəqə tipli müəssisədə çəkməsinə hökm edib.