-
- 24-01-2022, 15:50
- 1 033
Azərbaycanda toydan qayıdan dostlar DƏHŞƏT YAŞADI – Ölən və yaralanan var
Gəncə Ağır Cinaytlər Məhkəməsində ötən ilin avqust ayında Mingəçevir-Bəhramtəpə yolunun Bərdədən keçən hissəsində “Vaz 2101” markalı avtomobilin traktora çırpılması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən və Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma-ölümlə nəticələndikdə) ilə açılmış işin araşdırılması vaxtı bəzi məqamlar üzə çıxıb.
Məlum olub ki, Ağcabədi rayon sakini olan Rəmzi Babayev dostu Namiq və qonşusu Təbrizlə birlikdə R.Babayevə məxsus “Vaz 2101” markalı avtomobillə Mingəçevirə toya gediblər. Toyda Rəmzi və Namiq spirtli içki qəbul etdiyindən qayıdanda avtomobili sürücülük vəsiqəsi olmayan Təbriz idarə edib, nəqliyyat vasitəsinin sahibi R.Babayev isə ön oturacaqda əyləşib. Dostlar geri qayıdanda Bərdə rayonu ərazisində avtomobil eyni zolaqla hərəkət edən və ot daşıyan traktora çırpılıb. Nəticədə sürücü ağır xəsarət alıb, ön oturacaqda əyləşmiş R.Babayev isə başından aldığı xəsarət səbəbindən yerindəcə vəfat edib, arxa oturacaqda əyləşmiş Namiq isə hər hansı ciddi xəsarət almayıb.
Məhkəmədə zərərçəkmiş tərəf təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Gəncə ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təbriz Mustafayev qeyd edilən maddə üzrə təqsirli bilinərək 4 il yarım müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntqə tipli müəssisədə çəkməsinə qərar verilib.