Günəş deşildi: YERƏ DOĞRU...
    • 29-03-2023, 11:29
    • 254

Günəş deşildi: YERƏ DOĞRU...

Günəşin səthində 20 Yer kürəsi ölçüsündə yeni dəlik müşahidə edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Dəlik martın 22-də aşkar edilib. 

Dəliyinin günəş küləklərini Yerə doğru saatda 2 milyon 896 min kilometr sürətlə göndərəcəyi gözlənilir. Bildirilib ki, bu küləklər dünya üçün təhlükə yaratmır.

Alimlər cümə günü Yerə çatması gözlənilən küləklərin elektron infrastruktura zərər verməyəcəyini, ancaq bəzi bölgələrdə auroralar (Şimal işıqları) yaradacağını açıqlayıblar. 

Teymur MƏMMƏDOV