Cakuzidə istirahət edərkən pumanın hücumuna məruz qaldılar
    • 29-03-2023, 13:21
    • 110

Cakuzidə istirahət edərkən pumanın hücumuna məruz qaldılar

ABŞ-ın Kolorado ştatının meşəlik ərazisində kirayə qaldıqları evdə cakuziyə girən cütlük pumanın hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, vəhşi təbiət səlahiyyətliləri, cütlüyün isti vannada olarkən puma onlardan birinin başına toxunub. 

Vəhşi heyvanı görən cütlük onun üzərinə su atıb. Daha sonra fənərlə pumanın üzünə işıq salaraq oradan qaça biliblər. /CNN Türk/

Teymur MƏMMƏDOV