-
- 15-09-2019, 16:19
- 1 220
İsmayıllıda kəndə ayı hücumu olmayıb - Açıqlama
Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda ayı kəndə hücum edib.
News24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti direktoru Hikmət Əlizadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kəndə ayı hücumu olmayıb. Kənd sakini meşəyə yemişan toplamağa gedərkən ayı hücumuna məruz qalıb:
“Vətəndaş meşəyə yemişan toplamağa gedib.Bu zaman ayı hücumuna məruz qalıb. Yaşayış yerləri böyüyür. Meşə ilə həmsərhəd ərazilərdə yeni yaşayış yerləri salınır. İnsanlar meşəyə meyvə yığmağa gedirlər. Təbii ki, bu zaman ayı hücumları olur. Bu səbəbdən meşə ilə həmsərhəd ərazilərdə yaşayan insanlar ehtiyatlı olmalıdır. Xüsuilə payız-qış aylarında ehtiyatlı olmalıdırlar. Vəhşi heyvan sərhəd tanımır”.