Yüzlərlə alim imza topladı:
    • 30-03-2023, 10:47
    • 434

Yüzlərlə alim imza topladı: "Süni intellekti dayandırın!"

Süni intellektin inkişafının dayandırılması ilə bağlı yüzlərlə alim imza toplayıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İlon Mask da daxil olmaqla mindən çox mütəxəssisin imzaladığı süni intellektə (AI) qarşı məktubda süni intellekt modellərinin hazırlanması yarışının riskləri barədə xəbərdarlıq edilib və fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunub. 

Həyatın Gələcəyi İnstitutunun dərc etdiyi məktubda "Güclü süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına, dəqiq, təhlükəsiz, şərh edilə bilən, şəffaf, möhkəm, uyğun, etibarlı və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir" - deyə qeyd edilib. 

Teymur MƏMMƏDOV