78 yaşında ağciyər xərçənginə qalib gələn kişi - sirrini bölüşdü
    • 30-03-2023, 18:03
    • 301

78 yaşında ağciyər xərçənginə qalib gələn kişi - sirrini bölüşdü

78 yaşında ağciyər xərçənginə qalib gələn türkiyəli müəllim Cevat Ay xəstəliklə mübarizəsini bölüşüb.

News24.az xəbər verir ki, şiş hətta beyinə metastaz versə də Cevat Ay xəstəliyə qalib gələ bilib. O bildirib ki, hər iki xərçəngə ağıllı dərman müalicəsi ilə qalib gələ bilib.

5 il əvvəl ,o, 4-cü mərhələdə ağciyər xərçəngi olduğunu öyrənib. Onkoloqu Dr. Necdet Üskent xəstəyə bildirib ki, kiçik hüceyrəli ağciyər xərçəngi gec yayıldığı üçün müalicə baxımından daha şanslıdır. Bu, Cevat Ayda böyük ümid yaradıb.

Və həkim pasiyenti ağıllı dərmanlarla müalicəyə başlayıb.

"Ağıllı dərman müalicəsinə başladıq. Ancaq xərçəng beyninə də yayılmışdı. Bunun üçün bir neçə gün radioterapiya aldı. Yaşının çox olması səbəbindən kimyaterapiya seçmədik.

İmmunoterapiya istiqamətdə müalicəyə başladıq. Təxminən 4 ildir ki, hər şey yaxşı gedir. Biz təqib etməyə davam edirik. Xəstə hazırda heç bir dərman içmir".

Cevat Ay xəstələrə belə tövsiyələr verib:

"Bir an belə ruhdan düşmədim, xəstəliyə qalib gələcəyimi düşünürdüm.

Xəstəlik mənə çox şey öyrətdi. Əvvəllər daha əsəbi bir insan idim, ancaq xərçəng xəstəliyindən sonra həyata baxışım dəyişdi. Mənfi fikirlərə qulaq asmıram. Ürəyim nə istəyirsə, onu da edirəm. Siz də istədiyinizi edin. 4000 kitabdan ibarət kitabxanam var, müalicə dövrümdə kitab oxumaqdan vaz keçmədim"./medicina/