-
- 6-02-2019, 12:14
- 1 419
Azərbaycanlı modelyer bir anda qocaldı - VİDEO
Modelyer Şəlalə Maqsudova yeni layihəyə imza atıb.
News24.az xəbər verir ki, hər zaman fərqli geyimlər hazırlayan, qeyri-adi fotosessiyalara imza atan modelyer bu dəfə çoxlarının qorxuduğu yaşlanmaq mövzusuna toxunub.
Ş.Maqsudova qocalmağın qorxulu proses olmadığını bildirib:
“Bu həyatda yaşamaq elə bir cəsarət istəyir ki,o da hər kəsdə yoxdur .Güzgüyə hər gün baxıb necə qocaldığını görmək ürək istəyir. İllərlə yaşayıb insanlığını qoruyub saxlamaq əmək istəyir. Dünyamız o qədər çirklənib ki, yalan danışmaq,aldatmaq ,başqasının ayağından çəkmək dəb olub.
Nifrət,paxıllıq, kin virus xəstəliyi kimi yayılıb.
Bilirsiz, hər dəfə bir ismarıcla gəlirəm önə. Bu dəfə işarələrlə, cansız, canlı danışan əl işlərimlə deyil öz simamda birbaşa mesajımla gəldim. Birinci özümdən başladım ki, daha təsirli olsun. Qocalmaq elə də qorxulu proses deyil, inanın.Müasir həyatımızda hər kəs gənc qalmaq üçün milyonlarla pul xərcləməyə hazırdır, lakin anlamırlar ki zamanı aldatmaq mümkün deyil. Qocalıqla mübarizə aparmaq yox ona hazır olmaq lazımdır.
Gənc və gözəl görsənməyə hər kəs çalışır, amma mənəvi gözəllikləri qoruyub saxlamağa heç kim can atmır. Qocalıq hər cizgisi ilə həyatın bir xatirəsi, gələn hər günün dərin mənalı elçisidir. Cəsarətli olun! Qocalıq Gəncliyə nümunə olmalıdır. O elə bir zirvədir ki,o zirvədə insan kimi qalmaq hər kəsə nəsib olmur.
Əzab və iztirablarla dolu həyatda bir-birinizi sevməyə, hörmət etməyə can atın. Başda özünüzə sonra başqalarına güvən, sevgi, hörmət bəxş edin. Qoy illərin bizə gətirdiyi yalnız qocalıq olsun həyatımızda qalan nə varsa heç mənəvi dəyərini itirməsin. Həyatı sevin! İnsanları sevin! İnsan olmağı sevin! Birinin istedadını gördükdə ona doğru yolla getməsi üçün kömək edin, layiq olanın haqqını artıqlaması ilə verin.
Özünüzə yaxşılıq edin. Paxıllıqdan, kindən, yalandan, soyuq, cansız dəbdəbədən uzaq olun. Bilirsinizmi bu yaxınlarda oxuduğum bir kitabdan sizə sitat gətirəcəm. Yeri gəlmişkən onu da deyim bu kitabın müəllifi də gənc və çox istedadlı yazardı. Ona da bu arada layiq olduğu dəyəri vermiş olaram. ElGuSel deyir ki, “Sükut da danışa bilir. Onun dərinliklərində elə əks-sədalar var ki, dinlədikcə insan kamilləşir. Daxili aləm insanın elə bir dünyasıdır ki, kainatın ən böyük sirləri də orda gizlənib".
“Qoy mənim sözlərimlə deyə bilmədiyimi də fotosessiyam desin. Gördüyünüz hər cizgini incələyin, üzümdə donan sükutu oxuyun və nə demək istədiyimi anlayıb bu dünyamızı bir az da gözəlləşdirmək üçün siz də mənə kömək edin. Axı qocalıq müdriklik, hikmət xəzinəsi olmalıdır. Qocalarkən çöhrənizdə nur iz salsın mənim əzizlərim, paxıllıq və kin deyil!
Sizə sözlə deyə bilmədiklərini əl işləri ilə demək üçün vaxtından tez qocalan Şəlalə Maqsudova...”
Teymur MƏMMƏDOV