Türkiyədə prezidentliyə namizədlərin adları dəqiqləşdi
    • 31-03-2023, 11:21
    • 300

Türkiyədə prezidentliyə namizədlərin adları dəqiqləşdi

Türkiyədə 14 mayda keçiriləcək Prezident Seçkiləri və 28-ci Parlament Seçkiləri üçün prezidentliyə namizədlərin yekun siyahısı dərc olunub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin yeni qanunvericilik aktlarını və digər rəsmi elanları dərc edən milli və yeganə rəsmi jurnalı “Resmi Gazete” məlumat verib.

Prezidentliyə namizədlər Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə və Sinan Oğandır.