-
- 31-03-2023, 11:31
- 527
Yumurtanı çiy yemək olmaz – RİSKLİDİR
Çiy yumurtanın sarısını istehlak etmək sağlamlığa həm faydalı həm də zərərli ola bilər.
Protein mənbəyi olan yumurtanı çiy formada istehlak edənlər bəzi məqamlara diqqət etməlidirlər. Allergiyası olanlar isə, ümumiyyətlə çiy yumurta yeməməlidirlər. Bundan başqa, yumurtanı bütöv formada, yəni həm ağı, həm sarısını çiy yemək düzgün deyil. Yumurtanın sarısı çiy formada istehlak etmək üçün uyğundur.
Mütəxəssislər hamilə qadınlara çiy yumurtanın zərərli olduğunu bildirirlər. Hamilə qadınlar yumurtanı yaxşıca bişirib yeməlidirlər. Bunun səbəbi yumurtanın tərkibindəki bakteriyalardır.
Salmonella bakteriyaları bədənə zərər verə bilər və həzm sistemində narahatlıq yarada bilər. Həmçinin ishala səbəb ola bilər. Çiy yumurta B7 vitamininin qarşısını alır.
Çiy yumurtanın sarısını istehlak etmək, xüsusilə idman edənlər üçün gün ərzində ehtiyac duyduqları enerjini təmin edir. Lakin unutmayın ki, yumurtanın sarısını bişmiş şəkildə yeməklə də bu enerjini təmin edə bilərsiniz.
Yumurtanın tərkibindəki vitamin və minerallar bəzən həddindən artıq bişdikdə məhv ola bilir. Yumurtanın sarısı çiy istehlak edildikdə bu ehtimal azalır.
Bir ədəd yumurtada 3 qram zülal, A, B2, B5, B12 və E vitaminləri, beynimizin sağlamlığı üçün ehtiyac duyduğumuz ən əsas zülallardan biri olan xolin, həmçinin lutein və zeaksantin mövcuddur.
Yumurtanı çiy yemək daha faydalıdır?
Əvvəla, yumurtanın bişirilməsi, bəzi maddəələri məhv edə bilər. Ancaq bir çox araşdırma və təcrübələrə görə, bişmiş yumurta ilə çiy yumurta arasındakı qida dəyəri fərqi o qədər kiçikdir ki, buna əhəmiyyət verməmək olar.
Dünyaca məşhur dietoloq Tara Gidus-un sözlərinə görə, yumurtanın bişirilməsi züllaları məhv etmir. Yəni qida dəyəri baxımından çiy və bişmiş yumurta arasında böyük fərq yoxdur. Amma məsələni “qidalanma” baxımından nəzərdən keçirdikdə, omletin 1-0 öndə olduğunu söyləmək düzgün olar. Tədqiqatlara əsasən, bədənimiz çiy yumurtadakı zülalın yalnız 50 faizini, bişmiş yumurtadan aldığımız zülalın isə 90 faizini həzm edə bilir. Başqa sözlə desək, çiy yumurta nəinki həzm sistemini narahat edir, həm də zülal və vitamin faydalarının bir hissəsini itirir.
Məsələni sağlamlıq riskləri baxımından nəzərdən keçirsək, çiy yumurta daha təhlükəlidir. Çünki yumurtanın tərkibində çoxlu bakteriyalar mövcuddur. Xüsusilə qabıqdan yumurtaya asanlıqla keçə bilən salmonella adlı bakteriyaları daha çoxdur. Bu bakteriya isə Qida zəhərlənməsindən tutmuş daha həyati problemlərə qədər bir çox xəstəliyə səbəb ola bilər. Bakteriyalar kramplar, ishal, ürəkbulanma, qızdırma və baş ağrısı yarada bilər. Bu simptomlar 6 ilə 58 saat arasında başlayır və 7 günə qədər davam edə bilər./sağlamolun.az/