86 yaşlı kişi insanları şoka saldı - DÜNYA REKORDU QIRDI
    • 31-03-2023, 18:29
    • 261

86 yaşlı kişi insanları şoka saldı - DÜNYA REKORDU QIRDI

İngiltərədə baş verən hadisədə dünyanın ən güclü babası kimi tanınan Brayan Uinslou 86 yaşında təxminən 75 kiloqram çəkisi olan ştanqı qaldırıb.

News24.az xəbər verir ki, Linkolnşirdə keçirilən çempionatda 86 yaşlı kişi bununla dünya rekordu qırıb.

Qoca mediaya açıqlamasında 9 il bundan öncə 150 kiloqramlıq ağırlığı qaldırdığını, evdə isə indikindən 5 kq çox, yəni 80 kq ştanq qaldıra bildiyini qeyd edib. O, 60 ilə yaxındır ağırlıq qaldırır. 86 yaşlı kişi həftənin altı günü idman zalında məşq edərək bədən quruluşunu qoruyan təcrübəli bodibilderdir. Uinslounun idmana olan həvəsi onda kəskin burun qanamalarına səbəb olur. Amma buna baxmayaraq, o idman etməkdən zövq alır və idmansız yaşaya bilməyəcəyini bildirir./saglamolun.az/