Minaya düşərək şəhid olan hərbçi dəfn edildi - FOTO- YENİLƏNDİ
    • 2-04-2023, 20:30
    • 349

Minaya düşərək şəhid olan hərbçi dəfn edildi - FOTO- YENİLƏNDİ

Tərtərdə minaya düşüərək şəhid olan əsgər Niftalıyev Novruz Eldəniz oğlu anadan olduğu Qəbələnin Nohurqışlaq kəndində dəfn edilib.

Qəbələ rayon Nohurqışlaq kənd sakini 2004-cu il təvəllüdlü Nifdəliyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. /APA/

***


Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

16:28

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftaliyev Novruz Eldəniz oğlu minaya düşüb.

O, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Niftaliyevin vəziyyətinin ağır olduğu bildirilir.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb. /Report/