Elektron skuterlərin kirayəsi QADAĞAN EDİLDİ
    • 3-04-2023, 09:29
    • 223

Elektron skuterlərin kirayəsi QADAĞAN EDİLDİ

Fransanın paytaxtı Parisdə sakinlər elektrikli skuterlərin kirayəsi ilə bağlı səsvermədə iştirak ediblər.

News24.az xəbər verir ki, seçici siyahısında olan 1,3 milyon nəfərdən 103 mindən bir qədər çoxu seçkilərdə iştirak edib.

Onların 91 min 300-dən çoxu skuterlərin əleyhinə səs verib. 

Rəsmi nəticələrə görə, səslərin demək olar ki, 90 faizi akkumulyatorla işləyən cihazların qadağan edilməsini dəstəkləyib.

Referendum Fransanın paytaxtında elektron skuterlərdə yaralanan və ölənlərin sayının artmasından sonra keçirilib. 

Qeyd edək ki, Paris elektrikli nəqliyyat vasitələrinin istifadəsini qəbul edən ilk şəhərlərdən biri olub. Lakin tənqidçilər onların xeyirdən çox zərər verdiyini iddia ediblər.

Sürücülər çox vaxt dəbilqə taxmır və 12 yaşlı uşaqlar qanuni olaraq elektron skuterləri icarəyə götürə biliblər. 

Park edilmiş elektron skuterin piyada səkilərini zəbt etməsi də tənqid edilib. /Haber Global/