-
- 3-04-2023, 11:11
- 246
Xəzər dənizi sahilindən qanunsuz qum daşınması müəyyən edildi
Astara rayonu, Xəzər dənizi sahilindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
News24.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidən vətəndaş Qalib Rəhmətov tərəfindən “Ural” markalı 99-LU-615 dövlət nömrə nişanlı, Mahir Məmmədov tərəfindən “T-16” traktor markalı 07 T-230 dövlət nömrə nişanlı, Camal Əkbərov tərəfindən “Kamaz” markalı 99-OK-391 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə 13,5 m3 həcmində qanunsuz qum daşındığı müəyyən edilib.
“Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.