İran Bakıdakı səfirini niyə geri çağırdı? – Şərh
    • 3-04-2023, 12:57
    • 287

İran Bakıdakı səfirini niyə geri çağırdı? – Şərh

“İran son dövrlər ağlasığmaz addımlar atır. Tarix boyu davam edən anti-Azərbaycan siyasətinin real üzünü biz artıq daha aydın sezirik. İranın Azərbaycana qarşı illərdir davam edən terroru indi açıq müstəviyə keçib”. 

Bunu News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın İrana verdiyi cavabları yerindədir: “İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi klassik İran zehniyyətinin daşıyıcısıdır. Amma münasibətlərin bu gərginlik fonuna o qədər də təsiri olmayıb, vəziyyəti düzəltmək üçün heç nə etməyib. Yeni səfir həlledici faktor ola bilməz. Azərbaycana yanaşma İran dövlət şüurunun dəyişməsindən asılıdır”.