-
- 1-03-2023, 13:11
- 360
Azərbaycanda şok hadisə: Evə və bahalı avtomobilə “Molotov kokteyli” atdılar
Xaçmaz rayon sakinini Tərlan Şıxverdiyevin dayısının evinə, avtomobilinə, eləcə də xalası oğlunun “Toyota Prado” markalı avtomobilinə “Molotov kokteyli” atması məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, qohumlarının əmlakını yandıraraq məhv etmək istəyən 1993-cü il təvəllüdlü Tərlan həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə iş açılıb. Cinayət işinin materialları daha sonra Xaçmaz rayon Məhkəməsinə göndərilib.
Məlum olub ki, Tərlanın atası bir neçə il əvvəl intihar edib, özü isə həbsə düşüb. O, ailələrinin başına gələn bütün bədbəxtliklərin səbəbkarının dayısı Abdulla və onun oğlu Cahangir, həmçinin xalası oğlu Babəkin olması qənaətinə gəlib. Tərlan internet vasitəsilə “Molotov kokteyli” hazırlamağın yolunu öyrənib. O, 2021-2022-ci illərdə 5 dəfə dayısının Xaçmazdakı evini yandırmaq məqsədi ilə evə hazrladığı yandırıcı qurğunu atıb. Lakin hər dəfə evdə gözlədiyi kimi böyük yanğın baş verməyib. Eləcə də, Tərlan dayısına məxsus “Volksfagen” markalı avtomobilə də yandırıcı maddə atıb. Daha sonra o, Bakıya gələrək Yasamalda yaşayan xalası oğlu Babəkin dəyəri 50 min manat olan “Toyota” markalı avtomobilinə də “Molotov kokteyli” atıb. Lakin hər dəfəsində də onun istəyi alınmayıb, “Molotov kokteyli” əmlaklara ciddi zərər vura bilməyib.
Bundan başqa məlum olub ki, Tərlan dayısının və xalası oğlunun maşınına onları məhv edəcəyinə, öldürəcəyinə dair məktublar yazıb qoyub. O, qohumlarının yaşadığı evin ətrafına çoxlu təhqiredici sözlər yazıb. Bundan başqa sosial şəbəkələrdə onların ünvanına hədə və təhqir dolu paylaşımlar edib.
Məhkəmədə ifadə verən Tərlan Şıxveriyev deyib ki, dayısıgilin müdaxiləsinə görə ailələri məhv olub, atası Oqtay inithar edib. Onun daha əvvəl həbsinə də dayısıgil səbəb olub. Bərbər kimi çalışan Tərlan qohumlarının onlara pis münasibət göstərdiyini deyib. O, sosial şəbəkələrdə yazılan paylaşımların ona məxsus olmadığını, dayısıgilin ona şər atdığını da qeyd edib.
Xaçmaz rayon Məhkəməsi Tərlanı yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli bilib. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV