Parisdə təmizlik işçiləri müddətsiz tətil elan etdi
    • 4-04-2023, 10:40
    • 171

Parisdə təmizlik işçiləri müddətsiz tətil elan etdi

Fransada pensiya yaşının 2 il uzadılması ilə bağlı islahatlara cavab olaraq paytaxt Parisdə təmizlik işçiləri aprelin 13-dən mütdətsiz tətil etmək qərarına gəliblər.

News24.az xəbər verir ki, Ümumi İşçilər Həmkarlar İttifaqı təmizlik işçilərinin qərarı ilə bağlı Paris Bələdiyyəsinə məlumat verib.

Bələdiyyə Başçısı Anne Hidalqoya yazılmış bəyanatda sənaye işçilərini hökumətin mübahisəli pensiya islahatına qarşı tətildə fəal iştirak etməyə çağırıb. Yazıda aprelin 6-da ölkə üzrə keçiriləcək tətillərdə təmizlik işçilərinin də iştirak edəcəyi bildirilib.

Digər tərəfdən, mer Hidalqo islahatların geri çəkilməsini tələb etməsi və tətilləri dəstəkləməsi ilə tanınır. /BFMTV