PSJ azarkeşlərindən müsəlman futbolçulara dəstək: “bir xurma, bir stəkan su...”
    • 4-04-2023, 11:02
    • 176

PSJ azarkeşlərindən müsəlman futbolçulara dəstək: “bir xurma, bir stəkan su...”

“Paris Sen-Jermen” (PSJ) azarkeşləri Fransa Futbol Federasiyasının (FFF) müsəlman futbolçuların iftarlarını açması üçün oyunların dayandırılmasını qadağan etməsinə pankartla reaksiya veriblər.

News24.az xəbər verir ki, dünən Fransa Liqa 1-in lideri PSJ-nin “Olimpik Lion”u qəbul etdiyi oyunda PSJ tərəfdarları “bir xurma, bir stəkan su, FFF-nin kabusu” yazılı pankartla müsəlman futbolçulara qarşı atılan addımı etirazla qarşılayıblar.

Liqa 1-in “Nant” klubunun Əlcəzair əsilli müdafiəçisi Jaouen Hadjam baş məşqçi Antuan Kombouare tərəfindən matç günlərində oruc tutmağa davam etdiyi üçün heyətdən qovulub.

Xatırladaq ki, İngiltərə Premyer Liqası oyunçulara iftarlarını açmaları üçün vaxt verəcəyini açıqlayıb.