Naxçıvan DYP-yə yeni rəis TƏYİN EDİLDİ
    • 4-04-2023, 15:50
    • 319

Naxçıvan DYP-yə yeni rəis TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.

O, bu təyinata qədər Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunmuşdu.