Ağstafada qatar 14 yaşlı oğlanı vuraraq öldürdü - YENİLƏNDI
    • 4-04-2023, 20:37
    • 194

Ağstafada qatar 14 yaşlı oğlanı vuraraq öldürdü - YENİLƏNDI

Ağstafada qatar yeniyetməni vuraraq öldürüb.

Bu barədə Azərbaycan Dövlət Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, bu gün saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyiti aşkar olunub.

Hadisə barədə hüquq mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.

19:43

Ağstafada bədbəxt hadisə baş verib.

Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan qatar bir nəfəri vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. /Oxu.Az/