Yutub fenomeninin zarafatı qəbul edilmədi: GÜLLƏLƏNDİ
    • 5-04-2023, 11:31
    • 342

Yutub fenomeninin zarafatı qəbul edilmədi: GÜLLƏLƏNDİ

ABŞ-də “Yutub” fenomeni olan 21 yaşlı Tanner Kuk zarafat etdiyi şəxs tərəfindən silahla vurulub. 

News24.az xəbər verir ki, mədəsindən yaralanan Kukun müalicəsi tibb müəssisəsində davam etdirilir.

İnsanları qıcıqlandıraraq videolar çəkib baxış sayı yığan fenomen budəfəki zarafatını Virciniya ətrafında yerləşən ticarət mərkəzində edib.

31 yaşlı Alan Koli bərk əsəbləşərək silahla Kukun qarnına atəş açıb. Görüntülər anbaan qeydə alınıb.


Gənc fenomen təcili əməliyyat edilib. Kuka silahla xəsarət yetirən şəxs həbs edilib.