Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri olub?
    • 22-11-2022, 12:57
    • 194

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri olub?

Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib.

News24.az xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub.

Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Ş.Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.