Mingəçevir su anbarında zəlzələ oldu
    • 5-04-2023, 11:55
    • 276

Mingəçevir su anbarında zəlzələ oldu

Mingəçevir su anbarında zəlzələ olub.

Bu barədə News24.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 20 km olub. Zəlzələ hiss olunmayıb.