UEFA Millətlər Liqasının formatı dəyişdirilə bilər
    • 5-04-2023, 13:40
    • 216

UEFA Millətlər Liqasının formatı dəyişdirilə bilər

UEFA Millətlər Liqasının formatında dəyişiklik edilə bilər.

News24.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun 47-ci Konqresində çıxışında deyib.

Sloveniyalı futbol funksioneri bildirib ki, UEFA Millətlər Liqasında təsnifat mərhələlərinin təşkili istisna deyil: “Ayaqda qalmaq üçün zamana uyğun hərəkət etməliyik. Federasiyalar və bütün maraqlı tərəflərlə geniş müzakirələrdən sonra klub yarışları üçün cəsarətli yeni formatlar təqdim etdik. 2024-cü ildən etibarən kişi və qadın futbolunda, eləcə də, Millətlər Liqasında seçmə mərhələ strukturları ilə bağlı müzakirələr gedir”.

Qeyd edək ki, bugünkü Konqresdə UEFA-ya prezident seçkiləri keçiriləcək.