Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatdı
    • 6-04-2023, 13:36
    • 277

Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.

News24.az xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola salıb.