Prezident Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım etdi
    • 7-04-2023, 09:15
    • 283

Prezident Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Günü münasibətilə paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda qeyd edilir:

“Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.