SON DƏQİQƏ: Mikroavtobus piyadaları VURDU: Ölən və yaralanan var — FOTO
    • 27-03-2023, 11:25
    • 181

SON DƏQİQƏ: Mikroavtobus piyadaları VURDU: Ölən və yaralanan var — FOTO

Yevlaxda avtomobil iki qadını vurub.
 
News24.az
xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Ruslan Sakit oğlu Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Rafiq qızı Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Halay qızı Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.