Papa məhbusların ayaqlarını yudu -VİDEO
    • 7-04-2023, 11:29
    • 177

Papa məhbusların ayaqlarını yudu -VİDEO

Papa Fransisk Romada Pasxa bayramı öncəsi ənənəvi mərasim zamanı məhbusların ayaqlarını yuyub və öpüb.

News24.az xəbər verir ki, Papa Fransisk Pasxa bayramından əvvəl cümə axşamı günü məhbusların ayaqlarının yuyulması mərasimi üçün Romadakı uşaq həbsxanasına baş çəkib. 

Hz. İsanın həvarilərinə qarşı təvazökarlığı əks etdirən ənənəvi mərasimdə Papa əvvəlcə 12 gənc məhbusun ayaqlarını yuyub. Sonra isə onların ayaqlarından öpüb.

Papanın ayaqlarını yuyub öpdüyü şəxslər arasında müsəlmanlar və iki qadın da olub. 

Qumral Əliyeva