"Qadının atası da, qardaşı da elə əridir"
    • 8-04-2023, 11:01
    • 312

"Qadının atası da, qardaşı da elə əridir"

"Atamı sonuncu dəfə 1991-ci ildə yasda görmüşəm. 1993-cü ildə isə şəhərdə metroda gördüm, amma bildirmədim ona. Onu çox axtardıq. Atam gedər-gəlməz oldu. Həyatda olduğunu da bilmirəm, bilsəm axtararam, ona sahib çıxaram. Atam sadəcə tərki-dünya oldu. O, yaxşı insan idi. Mən hamını çoxdan bağışlamışam".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Düzünə qalsa" verilişində deyib. Müğənni atasından, onu illərdi axtarmasından danışıb.

Şəxsi həyatından söz açan Seyidcahan, illər əvvəl boşanmasından bəhs edib:

"Məndə alınmamaq söhbəti deyildi. Qadın öz doğma qardaşının, atasının kəskin xasiyyətinə dözür. Hətta ərə də gedir. Onunla da qardaşı, atasına görə mübahisə edir. Deyir, mənim atam belə, qardaşım belə. Ərə gələndə bilməlidir ki, onun atası da, qardaşı da elə əridir. Qızlar dayanmadan elə hey, atam, anam, qardaşım deyərsə, əri ilə arasına nifaq toxumu səpilər. Mehriban olmazlar. Beləcə, ailə də dağılır. Əbəs yerə deməyiblər: qız küsüb gələndə ayağına vururlar ki, öz evinə qayıt. Şəxsi həyatımdan o qədər də danışmaq istəmirəm. Mənim kimi sənətkarlar ayrı mövzudur, biz seçilmişlərik. Keçmişim, bugünümlə də fəxr edirəm. İstəmirəm keçmişimdən danışıb, kimlərinsə xətrinə dəyim. Çünki mən onları çoxdan bağışlamışam, unutmuşam hətta".