-
- 8-04-2023, 13:57
- 322
Qubada ağac kəsilməsinə etiraz edən şəxs döyülüb?
Qubada meşəbəyinin döyülməsi haqda məlumat yayılıb.
News24.az xəbər verir ki, Şahin Qafarov adlı şəxsin üzərində xəsarətlər olan fotosu sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, o ağacların kəsilməsinə etiraz etdiyi üçün döyülüb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Xəyal Talıbov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, araşdırma aparılıb: "Hadisə ilə bağlı Şahin Qafarov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hadisə ilə bağlı müvafiq tibbi ekspertiza təyin olunub. Quba RPŞ-də və Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib".
***
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov “Qafqazinfo”ya bildirib ki, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülər təhli olunaraq araşdırılır: "Şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və sözügedən ərazinin ötən ildə odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib.
Düzdür, meşələrdə qanunsuz ağac kəsilməsi hallarına rast gəlinir və tərəfimizdən qanunamüvafiq tədbirlər görülür. Lakin sözügedən sahədə belə fakt qeydə alınmayıb.
Araşdırmalar göstərir ki, məsələnin diqqət çəkən digər tərəfi isə şikayətçi Ş. Qafarovla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir".