Hindistan Prezidenti qırıcı təyyarə ilə uçub
    • 8-04-2023, 14:52
    • 207

Hindistan Prezidenti qırıcı təyyarə ilə uçub

Hindistan Prezidenti Draupadi Murmu Su-30MKI qırıcısı ilə yarım saatlıq uçuş həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında deyilir.

Bildirilir ki, qırıcı təyyarəni Hindistan Hərbi Hava Qüvvələrinin kapitanı Navin Kumar idarə edib.

Bununla da, Murmu Su-30MKI təyyarəsində uçuş həyata keçirmiş Hindistanın ikinci qadın prezidenti olub. Daha əvvəl, 2009-cu ildə ölkənin o vaxtkı Prezidenti Pratibha Patil qırıcı təyyarədə uçuş həyata keçirmişdi./report/