-
- 8-04-2023, 15:17
- 547
Türkiyə və Azərbaycan yeni şirkət yaratdı
Türkiyə və Azərbaycan Avropa bazarını qazla təmin etmək üçün yeni şirkət yaradıb.
News24.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz ölkə mətbuatına açıqlamasında deyib.
“Azərbaycanın milli şirkəti SOCAR Türkiyənin ən böyük investorlarından biridir. Bu əməkdaşlıq 3-cü ölkələrdə də baş tutacaq. Belə ki, BOTAŞ və SOCAR yeni şirkət yaradıblar. Biz bununla da Avropaya qaz satacağıq. Qaz ticarət mərkəzi olacağımızı demişdik. Azərbaycan da bunu dəstəkləyir. Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Biz bu məsələ ilə bağlı birlikdə hərəkət edəcəyik”, - nazir bildirib./axar.az/