İran səfirliyi qarşısında GƏRGİNLİK: AzTV kamerasına hücum etdilər – FOTO-VİDEO
    • 8-04-2023, 18:30
    • 253

İran səfirliyi qarşısında GƏRGİNLİK: AzTV kamerasına hücum etdilər – FOTO-VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən verilən məlumata görə, bu barədə reportaj hazırlayan AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədi ilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb. /Trend/