"Panatinaikos"un yeni baş məşqçisi bəlli oldu - FOTO
    • 17-05-2024, 16:20
    • 312

"Panatinaikos"un yeni baş məşqçisi bəlli oldu - FOTO

Yunanıstan Superliqasının pley-off matçlarında ardıcıl uğursuz nəticələrdən sonra çempionluq ümidləri itirildikdən sonra "Panatinaikos" Fatih Terimlə yollarını ayırıb.

News24.az xəbər verir ki, yaşıl-ağlar təcrübəli çalışdırıcıdan sonra boş qalan məşqçi postuna Kristos Kontisin təyin olunduğunu açıqlayıb.

Qeyd edək ki, sonuncu dəfə Yunanıstan komandalarından olan "Volos NPS"də çıxış edən Kontis 10 matçda 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət alıb.

Günel Məlikzadə