Masallıda yük avtomobil piyadanı vuraraq öldürdü
    • 9-04-2023, 12:08
    • 250

Masallıda yük avtomobil piyadanı vuraraq öldürdü

Masallıda yük avtomobil piyadanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, Məmmədov İlham Abdulbağı oğlu idarə etdiyi “ZİL 130 QJA 76 YÜK” markalı avtomobil ilə Qurtuluş küçəsi ərazisində Bədəlbəyli Vaqif Tural oğlunu vurub və nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Masallı rayon polis şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.