"Zərbə vurub, ayağa qalxmağa qoymur" - Keçmiş gəlinindən Mətanətə
    • 10-04-2023, 10:45
    • 333

"Zərbə vurub, ayağa qalxmağa qoymur" - Keçmiş gəlinindən Mətanətə

Keçmiş gəlini Canana Əməkdar artist Mətanət İsgəndərlinin onunla bağlı dediklərinə reaksiya verib. 

News24.az xəbər verir ki, Canana keçmiş qayınanasının onun salonunu bağlatdırdığını, işləməyə imkan vermədiyini iddia edib. Canana bildirib ki, uşaqlarının atası ilə yox, M.İsgəndərli ilə yaşamasına icazə verib:

"Sonra deyirsiniz ki, Canana niyə danışdı. Balalarımı mənə vermədiniz, çox ağıllı addım atdınız. Bilirdiniz ki, balalarımı versəniz, onların yaşamasına ev verməlisiniz. Çünki uşaqlar haqqı olan evdə yaşamalıdır. Heç kim gəlib balalarımın haqqı olan evə sahib çıxa bilməz. Sonradan Kərimi instaqramda tapıb, arvadı olub uşaqlarımın haqqı olan evdə yaşaya bilməz. Uşaqlarımla 2 ildir bir-birimizlə ayrı düşmüşük. Balanı anadan ayrı salanlar o dünyada cavab verəcəklər. Evim olmadığı üçün uşaqlar illərlə evlərinin hazır olmasını gözləyirlər. Bir ana olaraq balalarımın o arzusuna görə onlardan ayrı qalıram. Məni heç kim başa düşmür.

Qurduğum salon biznesini bağlatdıranda bilirdiniz ki, qazanc yerim olmayacaq. Çox ağıllı addımlarla mənə zərbə vurub qalxmağa qoymurlar. Xoşqədəm Hidayətqızı, siz niyə yalan deyirsiniz, mən heç vaxt sizə müraciət etməmişəm.

Mətanət xanıma deyirəm, balalarım haqqı olan evdə yalnız sizinlə yaşaya bilər, ikinci həyat yoldaşı ilə yox. Uşaqlarımın sizin yanınızda qalmasına icazə vermişəm. Onların oğlunuzun 3 uşağın üstünə aldığı arvadıyla bir yaşamasına icazə vermirəm".

Qeyd edək ki, İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Onların bu nikahdan olan 3 övladı hazırda atası ilə yaşayır. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır.