Evlərdən 20 min manatlıq oğurluq oldu
    • 9-03-2023, 11:13
    • 152

Evlərdən 20 min manatlıq oğurluq oldu

Abşeronda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Masazır qəsəbəsində 5 evdən ümumilikdə 1500 manat pul və 18.665 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Etibar Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.