Fransa dollar asılılığını azaldır – Makron
    • 10-04-2023, 20:09
    • 215

Fransa dollar asılılığını azaldır – Makron

“ABŞ dollarından asılılığı azaltmaq lazımdır”.

News24.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Çinə üç günlük səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavabda deyib.

Makron iddia edib ki, Avropa silah və enerji baxımından ABŞ-dan asılılığını artırıb: “İndi Avropa müdafiə sənayesinin inkişafına diqqət yetirməlidir. Təklif edirəm ki, Avropa həm Moskvanın, həm də Pekinin əsas siyasət məqsədlərindən biri olan “ABŞ dollarının transsərhədindən” asılılığını azaltsın.
İki fövqəlgüc arasında gərginlik artarsa, bizim strateji muxtariyyətimizi maliyyələşdirmək üçün vaxtımız və resurslarımız olmayacaq və biz asılı vəziyyətə düşəcəyik”.