ABŞ-da atışma: 5 nəfər öldü
    • 11-04-2023, 00:17
    • 182

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

News24.az xəbər verir ki, yerli polis hücumla bağlı məlumatı təsdiqləyib.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları gəlib.

CNN telekanalının məlumatına görə, yaralanan 6 nəfərdən biri polis əməkdaşıdır.

Atəş açan şəxs zərərsizləşdirilib, yaralıların hamısı xəstəxanaya çatdırılıb.