-
- 11-04-2023, 11:06
- 289
Böyük Britaniyada siqareti tərgidən bu şəxslərə 400 funt sterlinq veriləcək
Böyük Britaniyada bir milyon insanı siqareti tərgitməyə təşviq etmək üçün pulsuz elektron siqaretlər paylanacaq.
News24.az xəbər verir ki, siqareti dayandırmaq şərti ilə hamilə qadınlara da 400 funt sterlinq veriləcək.
Hökumət 2030-cu ilə qədər İngiltərədə siqaret çəkən əhalinin sayını 5 faizə endirməyi hədəfləyir.
Sözügedən planda yetkinlik yaşına çatmayanlara qeyri-qanuni elektron siqaret satışının qarşısının alınması da hədəflər sırasındadır.
Həmçinin siqaretin tərgidilməsi üçün vətəndaşlara ödənişsiz psixoloji yardım olacaq.
Səhiyyə naziri Neil Obrayn bu siyasətin dünyada ilk olacağını qeyd edib.
Rəsmilər planın təxminən 45 milyon funt sterlinqə başa gələcəyini bildiriblər. Bu məbləğ Səhiyyə Nazirliyinin büdcəsindən maliyyələşəcək, lakin yerli hakimiyyət orqanları tərəfindən idarə olunacaq.